GünazTV May.23.2020: Amerikan prezidenti Donald Tramp Ağ evdə keçirdiyi mətbuat konfransında qubernatorlara kilisə, məscid və sinagogları ibadətə açmağa cağrdı.

GünazTV May.23.2020: Amerikan prezidenti Donald Tramp Ağ evdə keçirdiyi mətbuat konfransında qubernatorlara kilisə, məscid və sinagogları ibadətə açmağa cağrdı.

Amerikan prezidenti Donald Tramp Ağ evdə keçirdiyi mətbuat konfransında qubernatorlara kilisə, məscid və sinagogları ibadətə açmağa cağrdı. Prezident dedi ki, əgər həftə sonunadək ibadət yerləri açılmasa, qubernatorların sonra verəcəyi qərar gərəksiz olacaq. Ağ Evdə Corona virusundan sonra, həyatın normala dönməsi üçün keçirilən mətbuat konfransında qısa bir açıqlama edən prezident dedi ki, ibadət yerləri “zəruri yerlər” kategoriyasına aiddir.

"Bu gün mən ibadət yerlərinin. Sinaqoq və məscidləri vacib yerlər koteqoriyasına aid edirəm. Bəzi qubernatorlar likör mağazalarını və kürtaj klinikalarını zəruri yerlər kategoriyasına aid edib. Kilisələrin isə bu kategoriyada olmadığını hesab edirlər.Bu düz deyil. Bu səbələ bu ədalətsizliyi düzəldir və ibadət yerlərini də zəruri yerlər siyahısına salıram.Qubernatorları bu dəqiqədən etibarən ibadət yerlərini açmağa çağırıram. Əgər hər hansı sual yaranarsa onlar mənə zəng edə bilərlər. Amma zəngləri uğursuz ola bilər.Bu yerlərin inamını artırı, onları birləşdirir. İnsanlar kilsələrə, sinaqoqlara, məscidlərə getmək istəyir.”

Tramp dedi ki, ibadət yerləri toplumu və insanları bir arada tutmağı bacarır.O, indiki mərhələdə keşiş və imamların üzərinə də məsuliyyət düşdüyünü xatırlatdı. Milyonlarla Amerikalının ibadəti həyatlarının vacib hissəsi kimi gördüyünü deyən, prezidentin bununla bağlı əsaslanmış fikiri də var.

“Onlar əmin olacaq bu yerlər təhlükəsizdir. İmamlar və keşişlər əmin olsunlar insanlar ibadətə rahat və təhlükəsiz gələcəklər.Qubernatorlar gərək düzgün davranış edərək, bu vacib yerləri açsınlar.Bu həftə sonu onlar bunu etməsələr özüm bunu həyata keçirəcəm. Qubernatorların qərarını ləğv edəcəm. Amerika insanının bu dəqiqə həm də dua etməyə ehtiyacı var”

Tramp mətbuat konfransında jurnalistlərin suallrını cavablandırmadı.Onun ardınca Ağ evin Corona virusu ilə mübarizə kordinatoru Dr. Deborah Birx və daha sonra da Ağ evin sözcüsü Kayleigh McEnany davam etdi. Dr. Debroh, dini liderlərin yerli tibb işçiləri ilə əlaqədə olmlı olduqlarını dedi. Ramazan bayramı ərədəsində, ibadət yerlərinin açılmasına yönələn bu çağırışa Amerika İslam əlaqələri təşkilatının direktoru İbrahim Hooper aydınlıq gətirib.Prezident Trampın mesajına reaksiyasında o deyib ki, virusun insan sağlamlığı üzərində yaratdığı narahatlıqdan dolayı məscidləri yaxın zamanda açmamğa qərar vermişik. Amerikanın xəstəliklərə nəzarət mərkəzi isə prezidentin bu çağırışından sonra açıqlama edəcəklərini bildirdi.

Qənirə Ataş, GünazTV, Vaşinqton.

Mənbə: www.gunaz.tv