Gürcüstan Ermənistana narazılıq edib

Gürcüstan Ermənistana narazılıq edib

Gürcüstanın Yerevandakl səfirliyi Ermənistanın Səhiyyə Nazirliyi ilə əlaqə saxlayıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın xarici işlər naziri Davit Zalkaliani bildirib.

Onun sözlərinə görə, səfirlik Ermənistanın səhiyyə naziri Arsen Torosyanın Gürcüstanda koronavirusla bağlı göstəricilərə dair səsləndirdiyi son bəyanatlardan narazılıq bildirib.

Mənbə: report.az