Rusiya Haftara dəstək üçün gəmilər göndərdi

Rusiya Aralıq dənizinə 3 hərbi gəmi göndərib.

Axar.az xəbər verir ki, bu barədə Rusiyanın Qara dəniz Donanması məlumat yayıb.

Bildirilir ki, Rusiya Hərbi Dəniz Qüvvələrinin Aralıq dənizindəki donanmasına qatılmaq üçün “Vitse-admiral Zaxarin” tralı, “SB-36” xilasetmə və “Kated” təxribat əleyhinə gəmiləri İstanbul və Çanaqqala boğazlarından keçib.

Məlumata görə, gəmilər bu gün Aralıq dənizi qrupuna qatılacaq.

Türkiyə mətbuatı Rusiyanın gəmiləri Liviyada qiyamçı Xəlifə Haftara dəstək məqsədilə göndərdiyini iddia edib.

Axar.az

ƏVVƏLKİ XƏBƏR

Apple Çindəki istehsalı niyə azaltdı?

SONRAKI XƏBƏR

Google və Apple-ın “ulduzu barışır”?