AKP sözçüsündən Yaycının istefasına münasibət

AKP sözçüsündən Yaycının istefasına münasibət

"Bir hərbçinin görəvindən alınması normaldır. O, memarı olduğu əsərləri ilə Türkiyə ordusuna töhfələr verib. Bundan sonra da verə bilər".

Teleqraf.com xəbər verir ki, bu sözləri Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü İbrahim Kalın Türkiyə Hərbi Dəniz Qüvvələrinin qərargah rəisi Cihat Yaycının istefasına münasibət bildirərkən qeyd edib.

Qeyd edək ki, C.Yaycı prezident sərəncamı ilə Ali Hərbi Şuradakı vəzifəsindən azad edilən ilk yüksək rütbəli hərbçidir. Buna cavab olaraq admiral mayın 18-də istefa məktubu yazıb.

Sərəncam Türkiyənin nüfuzlu anti-Qərb və Avrasiyaçı cinahlarında kəskin tənqidlə qarşılaşıb.

Cihat Yaycı uzun müddət "Mavi Vətən" anlayışının vokal tərəfdarı, Türkiyənin Qara dəniz, Egey dənizi və Şərqi Aralıq dənizindəki sərhədlərini aqressiv şəkildə qorumağı təklif edir.

Admiral Ankara hökumətinə qarşı 2016-cı ildə həyata keçirilmiş çevriliş cəhdində günahlandırılan Gülənçi şəbəkə ilə mübarizədə xüsusi yer tutub.

Mənbə: teleqraf.com