"Rüşvətxorluğa görə tutulan yüksək rütbəli məmurları hansı cəza gözləyir?"-Hüquqşünasdan AÇIQLAMA

"Rüşvətxorluğa görə tutulan yüksək rütbəli məmurları hansı cəza gözləyir?"-Hüquqşünasdan AÇIQLAMA

Son zamanlar işdən çıxarılan və həbs olunan yüksək rütbəli məmurların əsasən də icra başçılarının sərvətləri barədə məlumatlar sosial şəbəkələrdə və mediada yer alır. Uzun illər vəzifədə qalan və korrupsiya, rüşvətxorluğa bulaşan məmurların bu əmlakı qanunsuz yolla əldə etdiyinə şübhə yoxdur. Bu səbəbdən də bu cür məlumatlar media və sosial şəbəkələrdə böyük diqqət toplayır.

Bu cür xalqdan və dövlət büdcəsindən oğurlanan vəsaitlərin, əmlakın taleyi necə olmalıdır? Qanunvericiliyə görə bu əmlaklar müsadirə olunacaqmı? Azərbaycan qanunları və məhkəmə praktikası nə deyir?

Məsələ ilə bağlı hüquqşünas-vəkil Mehman Muradlı Sonxeber.az-a açıqlama verib.
O, bildirib ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinə 07 mart 2012-ci ildə iki fəsil əlavə edilmişdir. Bu, fəsillərdən biri xüsusi müsadirə adlanır:

"Qeyd edilən fəsil 3 maddədən ibarətdir. Xüsusi müsadirə deyəndə cinayət qanunun müvafiq maddəsinin dispoziyasında göstərilir ki, xüsusi müsadirə cinayət-hüquqi tədbiri əmlakın məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır.

Xüsusi müsadirə tədbiri kimi şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi məhkəmənin qərarı ilə hər bir maddə üzrə müsadirə edir.

İttiham tərəfi əgər həmin pul vəsaitini və yaxud əmlakın cinayət yolu ilə əldə edilməsini məhkəmədə sübut edə bilsə bu halda məhkəmə həmin əmlakları müsadirə edib dövlət nəfinə və və yaxud ziyan çəkmiş şəxsə dəymiş ziyan ödənilir".

F.Ağayeva
Sonxeber.az

Mənbə: sonxeber.az