Ərdoğan 3 liderlə danışdı: Koronavirus gündəmdə...

Ərdoğan 3 liderlə danışdı: Koronavirus gündəmdə...

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan özbəkistanlı həmkarı Şövkət Mirziyayevlə telefon əlaqəsi saxlayıb.

Axar.az xəbər verir ki, Türkiyə lideri eyni zamanda Küveyt Əmiri Şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabahla da telefon danışığı aparıb.

Bundan başqa, Ərdoğanla İordaniya kralı II Abdullah arasında telefon söhbəti olub.

Məlumata görə, Ərdoğan hər üç liderlə ölkələrarası münasibətləri və yeni tip koronavirusla bağlı əməkdaşlığı müzakirə edib.

Mənbə: axar.az