Gürcüstan hökuməti bu qadağanı da ləğv etdi

Gürcüstan hökuməti bu qadağanı da ləğv etdi

Fövqəladə hal zamanı, Gürcüstanda qəbirstanlıqlara ziyarətlə bağlı tətbiq olunan qadağa götürülüb.

24News.ge xəbər verir ki, bu barədə Hökumət Administrasiyası məlumat yayıb.

Məlumatda qeyd olnur ki, fövqəladə vəziyyət rejiminin müddəti başa çatsa da, 10 nəfərdən artıq insanın bir yerə toplaşması, toy və digər kütləvi tədbirlərin təşkilinə icazə verilmir.

Xatırladaq ki, ölkə ərazisində qəbirstanlıqların ziyarəti aprelin 17-dən etibarən qadağan edilmişdir.

Mənbə: sherg.az