ABŞ-dan Braziliyaya qadağa

ABŞ-dan Braziliyaya qadağa

ABŞ son 14 gün ərzində Braziliyada olan xarici vətəndaşların ölkəyə girişinə qadağa qoyub.

REAL “BBC”yə istinadən xəbər verir ki, Ağ Evin mətbuat katibi Keyli Makkeni bunun səbəbi ölkədə “COVID-19”a yeni yoluxma hallarının qarşısını almaqdır.

O qeyd edib ki, bu qadağa 2 ölkə arasında ticarətə təsir göstərməyəcək.

Xatırladaq ki, Braziliyada ümumilikdə 360 mindən çox insan koronavirusa yoluxub, 22 mindən çox insan bu virusdan ölüb.

Braziliya bu göstərici ilə dünya üzərində yoluxma hallarının sayına görə 2-ci yerdədir.

 

Mənbə: www.realtv.az