Eldar Namazov: “Qarşıda bizi riskli dövr gözləyir”

Eldar Namazov: “Qarşıda bizi riskli dövr gözləyir”

“Qarşıda bizi riskli dövr gözləyir. Qarabağ məsələsini birmənalı olaraq həll etməyin vaxtı çatıb”.

Pravda.az-ın xəbərinə görə, bunu politoloq Eldar Namazov deyib.

E.Namazovun sözlərinə görə, Şuşada baş verənlər və digər hadisələr göstərir ki, artıq danışıqlar yolu ilə bu konflikti həll etmək mümkün deyil: “Bu, ümummilli məsələdir, problemin həllində iqtidarlı, müxalifətli - hamının imkanları səfərbər olunmalıdır. Qonşumuz da İrandır. Fikrimcə, orada da ciddi gərginliklər gözlənilir. Bu, daxili səbəblərdən, sosial duruma görə ola bilər. Pandemiyadan əvvəl İranda onsuz da sosial durum ağır idi, pandemiyadan sonra vəziyyət daha da gərginləşib. Digər tərəfdən, İrana ciddi xarici təzyiqlər var. İsrail və ABŞ elan edib ki, İranın nüvə proqramının qarşısını almaq üçün hər bir addımı atmağa hazırdırlar. O cümlədən də hərbi zərbələr endirməyə qədər gedə bilərlər. İranda belə hadisələrin yaşanması Azərbaycana ciddi təsirlər edə bilər. Bu səbbdən də deyirəm ki, qarşıda bizi riskli dövr gözləyir. Qənaətimcə, iqtidar, müxalifət və vətəndaş cəmiyyətini səfərbər etmək lazımdır ki, bu sınaqdan uğurla çıxaq, ölkəmizi qoruyaq və itirilən torpaqlarımızı geri ala bilək. Yəni hamının səylərini birləşdirmək lazımdır. Şəxsən mən bu prosesdə daha fəal olmağı düşünürəm”. Reyting.az

Mənbə: pravda.az