Nigeriyada Ramazan bayramında 293 məhkum bağışlanıb

Nigeriyada Ramazan bayramında 293 məhkum bağışlanıb

Qərbi Afrikada ölkəsi olan Nigeriyanın şimal-qərbində Ramazan bayramı münasibətilə 293 məhkum əfv edilib.

Kano əyalətinin qubernatoru Abdullahi Ganduje verdiyi açıqlamada, Kano əyalətindəki əsasən oğurluq və adi cinayətlərdə günahlandırılan 293 məhkumun Ramazan bayramı səbəbi ilə sərbəst buraxıldığını bildirib

Ganduje, İslam dünyasında belə bir vacib gündə məhbuslara veriləcək ən gözəl hədiyyənin ailələri ilə birlikdə olacağını söylədi.

Azad olunanlar arasında qadınlar, yaşlılar və ağır xəstələr də var.

Sərbəst buraxılan məhbusların evlərinə getməsi üçün onlara müəyyən məbləğdə pul da verilib.

Mənbə: www.realtv.az