Türkmənistanın məşhur sənətçisi həbs edildi – homoseksual imiş

Türkmənistanın məşhur sənətçisi həbs edildi – homoseksual imiş

Aşqabad məhkəməsi məşhur türkmən şoumeni G.S.-yə iki ilədək həbs cəzası verib. Onun homoseksual olduğu üzə çıxıb.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, hökm mayın 7-də elan edilsə də lakin indi məlum olub. Onunla birlikdə daha bir neçə nəfər də məhkum edilib, onların dəqiq sayı bildirilməyib. Hamısı etdiklərini boyunlarına alıblar.

Martın ikinci yarısında Türkmənistan şou-biznes və model sənayesi nümayəndələri arasında həbslər baş verib. Bəziləri bu və ya digər şəkildə homoseksullığa görə cəzadan qaça biliblər, bəziləri isə şahid qismində məhkəməyə gəlib.

Türkmənistanda eyni cinsdən olan yetkinlər arasında cinsi münasibət qanunla cəzalandırılır. Türkmənistan hakimiyyəti eyni cinsi əlaqələrin kriminallaşdırılması ilə bağlı beynəlxalq ictimaiyyətin tənqidlərini rədd edir.

2017-ci ilin mart ayında, BMT-nin İnsan Haqları Komitəsi Türkmənistanın Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Konvensiyaya (ICCPR) uyğunluğuna dair ikinci dövri hesabatını nəzərdən keçirərkən, Prezident yanında Türkmənistan Milli Demokratiya və İnsan Hüquqları İnstitutunun demokratiya və insan hüquqları şöbəsinin müdiri Şemşat Atadjanova Türkmənistanda eyni cinsi əlaqələrin dekriminallaşdırılması ehtimalını istisna edərək deyib ki, bu, türkmən mədəniyyətinə, ailənin ənənəvi prinsiplərinə söykənən türkmən xalqının düşüncəsinə ziddir, ona görə də qanunvericiliyə belə dəyişikliyin edilməsi yolverilməzdir.

KONKRET.az

Mənbə: konkret.az