Ərdoğan: "Qüds bütün İslam dünyasının qırmızı xəttidir"

Ərdoğan: "Qüds bütün İslam dünyasının qırmızı xəttidir"

Eastnews.org-un verdiyi xəbərə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qüdsü dünyanın bütün müsəlmanlarının qırmızı xətti adlandırıb.

Bu barədə "Russia Today" saytı məlumat yayıb.

Məlumata görə, Ramazan bayramı münasibətilə ABŞ-dakı müsəlmanlara göndərilən mesajda Rəcəb Tayyib Ərdoğan Qüdsün bütün İslam dünyasının qırmızı xətti olduğunu söyləyib.

"Bir daha demək istəyirəm ki, Qüds dünya müsəlmanları üçün qırmızı xətdir və Fələstin torpaqlarının heç kimə verilməsini qəbul etməyəcəyik. Təəssüf ki, müqəddəs Ramazan ayında İslam dünyasının bir çox yerində qan və göz yaşı tökülməsi davam edir. Koronavirusun ortaya çıxması sübut etdi ki, dünyada heç bir bölgə və ya ölkə xüsusi imtiyazlara sahib deyil", - deyə Ərdoğan bildirib.

Mənbə: eastnews.org