Venesuela hərbçiləri İran gəmilərini belə salamladı - Video

Venesuela hərbçiləri İran gəmilərini belə salamladı - Video

Eastnews.org-un verdiyi xəbərə görə, Venesuela Hərbi Dəniz Qüvvələri İran neft tankerlərinin Venesuela sularına girməsindən sonra onlarla əlaqəyə keçib, Venesuela Prezidenti və xalqının salamlarını çatdırıb.

Venesuela Hərbi Dəniz Qüvvələrinin İran neft tanker qrupu "Fortune" ilə danışığında qeyd olunub:

"Prezident Maduro və Venesuela xalqı adından Sizi salamlayırıq. İran xalqının dəstəyini və həmrəyliyini yüksək qiymətləndiririk".

Qeyd edək ki, ABŞ və qərb dövlətlərinin xəbərdarlıqlarına baxmayaraq, İran sanksiyalara məruz qalmış Venesuelaya 5 tanker neft göndərib.

Mənbə: eastnews.org