"Taliban" gözlənilməz addım atdı

"Taliban" gözlənilməz addım atdı

Eastnews.org-un verdiyi xəbərə görə, "Taliban" qruplaşması Ramazan bayramı münasibətilə gözlənilməz addım atıb.

Qruplaşma yaydığı məlumatda vurğulayıb ki, Ramazan bayramı münasibətilə Əfqanıstan hökuməti ilə 3 günlük atəşkəs elan olunur.

Atəşkəs razılaşmasının bütün Əfqanıstan ərazilərində tətbiq olunacağı da məlumatda bildirilib.

Qeyd olunub ki, əgər hökumət qüvvələri birtərəfli olaraq atəşkəsi pozsalar, "Taliban" da hücumlara cavab verəcək.

Mənbə: eastnews.org