Haftar qüvvələri Suriyadan gələn İŞİD terrorçusunu yaxaladığını açıqladı

Haftar qüvvələri Suriyadan gələn İŞİD terrorçusunu yaxaladığını açıqladı

Eastnews.org-un verdiyi xəbərə görə, feld marşal Xəlifə Haftarın başçılıq etdiyi Liviya Milli Ordusu qüvvələri Tripoli şəhəri ətrafında Suriyadan gələn İŞİD terrorçusunu yaxaladıqlarını açıqlayıb.

“Liviya Ərəb Silahlı Qüvvələri Tripolidə Suriyadan olan İŞİD terrorçusu Muhamməd ər-Ruveydani adlı Əbubəkr ər-Ruveydani kimi tanına şəxsi yaxalayıb. O, Liviyaya Türkiyə kəşfiyyatının yardımı ilə gəlib”, - deyə Liviya Milli Ordusunun rəsmisi Əhməd əl-Mismari öz "Feysbuk" səhifəsində yazıb.

Xatırladaq ki, Xəlifə Haftarın komandanlıq etdiyi Liviya Milli Ordusu Liviya Milli Razılıq hökuməti qüvvələri ilə son döyüşlərdə mövqelərini itirməkdə davam edir.

Mənbə: eastnews.org