Səudiyyə Ərəbistanı İraqa 4 min terrorçu göndərdi

Səudiyyə Ərəbistanı İraqa 4 min terrorçu göndərdi

Eastnews.org-un verdiyi xəbərə görə, sosial şəbəkələrdə Səudiyyə Ərəbistanı ilə bağlı yayılan səs yazısı müzakirələrə səbəb olub.

Belə ki, Oman Xarici İşlər naziri Yusif ibn Ələvi ilə Liviyanın devrilmiş lideri Müəmmər Qəddafi arasında baş tutan telefon danışığının səs yazısında Səudiyyə Ərəbistanı ittiham olunub.

Yusif ibn Ələvi Səudiyyə Ərəbistanının İraqa 4 min terrorçu göndərdiyini telefon danışığı zamanı Müəmmər Qəddafiyə söyləyir.

Nazirin sözlərindən aydın olur ki, terrorçular 2004 və 2007-ci illərdə İraqa göndəriliblər.

Xatırladaq ki, sözügedən səs yazısına Oman və Səudiyyə Ərəbistanı hökumətləri münasibət bildirmirlər.

Mənbə: eastnews.org