Qənirə Paşayeva xalq artisti Ramiz Novruzovu yubileyi münasibətilə təbrik edib

Qənirə Paşayeva xalq artisti Ramiz Novruzovu yubileyi münasibətilə təbrik edib

Millət vəkili, Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva dəyərli aktyorumuz, Azərbaycan Respublikasının Xalq artisti Ramiz Novruzov ilə görüşüb. Qənirə Paşayeva Mədəniyyət Komitəsi adından dəyərli aktyorumuz Ramiz müəllimi yubileyi münasibətilə təbrik edib.

Eyni zamanda geniş fikir mübadiləsi aparılıb. Mədəniyyət Komitəsinin sədri Q.Paşayeva dəyərli xalq artistimiz Ramiz müəllimə bundan sonrakı yaradıcılığında da böyük uğurlar diləyib. Azərbaycan Respublikasının xalq artisti, dəyərli aktyorumuz Ramiz Novruzova təbrik məktubunda qeyd olunur:

“Azərbaycan Respublikasının Xalq artisti, Prezident təqaüdçüsü Ramiz Novruzova

Hörmətli Ramiz müəllim!

Siz Azərbaycan teatr və kino sənətinin inkişafında əvəzsiz xidmətləri olan dəyərli sənətkarımızsınız. Sizin həyat verdiyiniz unudulmaz obrazlar mədəniyyətimizə bəxş etdiyiniz dəyərli töhfə kimi xalqımız tərəfindən hər zaman sevgi və rəğbətlə qarşılanmışdır.

Sizi doğum gününüz münasibətilə Mədəniyyət komitəsinin üzvləri adından səmimi qəlbdən təbrik edir, Sizə möhkəm can sağlığı, firavanlıq, səadət arzulayır və mədəniyyətimizin inkişafı yolundakı fəaliyyətinizdə daha da böyük uğurlar diləyirik.”

Hörmətlə,

Mədəniyyət komitəsinin sədri

Qənirə Paşayeva

Mənbə: moderator.az