Dünyada ilk üzən AES fəaliyyətə başladı

Dünyada ilk üzən AES fəaliyyətə başladı

Rusiyada dünyanın ilk üzən Atom Elektrik Stansiyası fəaliyyətə başlayıb.

Qaynarinfo xəbər verir ki, dünyanın ən şimal nöqtəsində istismara verilən "Akademik Lomanosov" adlı AES-i Rosenergeatom tikib. Qurumun Elektrik Enerji Departamentini direktoru Andrey Petrov AES-in fəaliyyətə başlaması ilə bağlı qərarı imzalayıb:

"Bu gün üzən atom elektrik stansiyasının inşasının müvəffəqiyyətlə tamamlandığını söyləyə bilərik. Builki əsas vəzifəmizi başa çatdırdıq. Stansiya Pevek, Çukotka bölgəsində istismara verildi. Bu, rəsmi olaraq Rusiyadakı birinci və dünyanın ən şimalındakı üzən atom elektrik stansiyasıdır", - deyə o, bildirib.

Stansiya hər birinin gücü 35 meqavatt olan iki KLT-40S reaktorundan ibarətdir. Uzunluğu 140, eni 30 metr olan AES-in silindr həcmi isə 21 min 500 tondur və 40 il müddətinə nəzərdə tutulub.

Camal

Mənbə: qaynarinfo.az