Türk partiya liderindən Tramp haqqında sərt sözlər: “Əxlaqsız insandır!”

Türk partiya liderindən Tramp haqqında sərt sözlər:  “Əxlaqsız insandır!”

Türkiyənin “Səadət” Partiyasının sədri qatıldığıteleviziya proqramlarının birində ABŞ idarəçiliyi və prezident Donald Tramphaqqında sensasion hesab edilən ifadələr işlədib.

Moderator.az Türkiyə KİV-ə istinadla bildirir ki,partiya lideri Təməl Qaramolloğlu Amerika Birləşmiş Ştatlarının dövlət idarəçiliyindəmüxtəlif nəzarətedici qurumların olduğunu və NATO ParlamentlərarasıAssambleyanın üsvü olduğu zaman bu mexanizmlərlə yaxından tanış olduğunu söyləyib.

ABŞ-da dövlət başçılarının kimlər tərəfindən maliyələşdiyinihər kəsin bildiyini deyən Qaramollaoğlunun sözlərinə görə, prezident də onu dəstəkləyənlərinmövqelərini müdafiə edir:

“Biz Amerikada çoxluğu təmsil edən bir demokratiyaolduğunu düşünürük, amma realda bu o qədər də güclü deyil. Kimlərsə buseçilmişlərə nəzarət edir və onları manipulyasiya edir”.

Partiya sədri Tramp idarəçiliyində ədalətə və ləyaqətəyer verilmədiyini bildirməklə yanaşı, onun ölkəni bir “kavboy məntiqi” ilə idarəetdiyini söyləyib və haqqında daha sərt ifadə işlədib:

“O, əxalqsızlığı təsbit edilmiş bir insandır”.

Taleh

Mənbə: moderator.az