Erməni ekspert: “Əgər hakimiyyət uğursuzluqlarını başqa hallarla əsaslandırmağa başlayırsa, bu istefa verməyə bərabərdir”

Erməni ekspert: “Əgər hakimiyyət uğursuzluqlarını başqa hallarla əsaslandırmağa başlayırsa, bu istefa verməyə bərabərdir”

“İdarəetmə ümumilikdə çətin, böhran əleyhinə idarəetmə isə ondan da çətin fenomendir”. Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistanın İctimai Şurasının keçmiş üzvü, idarəetmə mütəxəssisi Harutyun Mesrobyan deyib.
O qeyd edib ki, ermənilər idarəetmədən millərlə uzaqdadır: “Böhran və anti-böhran idarəetməsindən də donuzun “turnik”dən uzaq olduğu qədər uzaqdayıq, bu, bizim əsrlər boyu davam edən bədbəxtçiliyimizdir”.
Mesrobyanın sözlərinə görə, bütün uğursuzluqlarda günahkar 100 faiz Ermənistanın bügünkü hakimiyyətidir.
“Əgər bugünkü hakimiyyət uğursuzluqlarını başqa hallarla əsaslandırmağa başlayırsa, bu, eyni zamanda istefa verməyə bərabərdir” - deyə o qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az

 

Mənbə: ordu.az