Çin ABŞ-ın COVID-19 ittihamlarına cavab verdi

Çin ABŞ-ın COVID-19 ittihamlarına cavab verdi

Çinin ABŞ-ın COVID-19 əleyhinə peyvəndini oğurlamağa cəhd edə biləcəyinə dair bəyanat əsassızdır. Azvision.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Naziliyinin sözçüsü Cao Lijian bildirib.
"ABŞ-ın açıqlamaları əsassızdır. Çin COVID-19 əleyhinə peyvəndi hazırlamaqda əhəmiyyətli irəliləyiş əldə edib, niyə ABŞ-a baxmalıyıq?", - XİN rəsmisi vurğulayıb.
Onun sözlərinə görə, peyvəndin tədqiqini və inkişafını ilk olaraq hansı ölkənin həyata keçirməsindən və istifadəyə başlamasından asılı olmayaraq, bu, bəşəriyyətin pandemiyaya qarşı mübarizəsinə mühüm töhfə olacaqdır.
C.Lijian əlavə edib ki, COVID-19 əleyhinə peyvəndlə bağlı araşdırmalar və inkişaflar ABŞ və Çin arasında deyil, insanlıq və virus arasındakı yarışdır:
"Çin peyvəndlə bağlı tədqiqatlar və bu sahədəki inkişaf üzrə təcrübəsini bölüşməyə, beynəlxalq əməkdaşlığı gücləndirməyə hazırdır".
Qeyd edək ki, daha əvvəl ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Robert O'Brayn Birləşmiş Ştatların ilk olaraq koronavirus peyvəndi hazırlayacağına əminliyini bildirib. O, eyni zamanda Çinin ABŞ-ın peyvəndini oğurlamağa cəhd edə biləcəyini də istisna etməyib.
Pərvanə Sultanova
Azvision.az

Mənbə: azvision.az