Ermənilər Qarabağı özününkü hesab edirsə, onda danışıqlar nəyə lazımdır? - Polkovnik Xəlilov münaqişənin güc yolu ilə həllini təklif edir - VİDEO

Ermənilər Qarabağı özününkü hesab edirsə, onda danışıqlar nəyə lazımdır? - Polkovnik Xəlilov münaqişənin güc yolu ilə həllini təklif edir - VİDEO

Milli Məclisin deputatı Rasim Musabəyov və Ermənistan parlamentinin deputatı Hovanes İgityan arasında YouTube kanalında təqdim olunan dialoq barədə

Son günlərdə Milli Məclisin deputatı Rasim Musabəyov ilə Ermənistan parlamentinin deputatı Hovanes İgityan arasında STARVISION TV Georgia YouTube kanalında, Sərhəd zonası proqramındakı dialoq ictimaiyyətin diqqətini çəkib. Maraqlısı odur ki, hər iki deputat beynəlxalq siyasət üzrə ekspertlərdir, buna görə də onların Qarabağ probleminin həlli yolları ilə bağlı alternativ arqumentlərini dinləmək maraqlıdır. Lakin erməni elitası nümayəndələrinin özlərini qədim dövrə aid, “seçilmiş” xalq hesab etmələri və bunun qonşu xalqlara qarşı təcavüzkarlığa haqq verməsi kimi paranoik düşüncəsinə görə onlarla dialoqun mənasızlığına bir daha əmin olduq. Tarixdə ali irqə mənsub olduqlarını iddia edən xalqlarla bağlı nümunələr hamıya yaxşı məlumdur. Məhz bu siyasi xəstəlik Hitlerin Almaniyada hakimiyyətə gəlməsinə səbəb olaraq almanların qısa zamanda məhvinə gətirdi.

Əslində bir daha gördük ki, Ermənistan rəhbərləri ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş dəhşətli cinayətlərə görə peşmanlıq, təəssüf hissi keçirmirlər. XX əsrin əvvəllərində Rusiyanın köməyi ilə torpaqlarımızda öz dövlətlərini yaratdıqdan sonra ərazilərimizə əl uzatmağa davam edirlər. Rasim Musabəyov səbrlə öz arqumentlərində yalnız beynəlxalq hüququn qanunlarına əsaslanmış, konkret ictimai-siyasi, tarixi faktlara söykənmişdir. Bunun əksinə olaraq, Hovanes İgityan, ermənilərə xas sofizmlə, uydurma tarix üzərindən Qarabağ probleminin həlli üçün absurd ssenarilər qurdu. O, bir daha vurğuladı ki, erməni siyasətçilərini ən çox "Qarabağ ermənilərinin təhlükəsizliyi" düşündürür və bunun üçün Azərbaycanın yeddi ətraf rayonunu işğal altında saxlamağa və 600 mindən çox insanı qaçqın etməyə dəyər. Onun fikrincə, Azərbaycanın tərkibində ermənilərin muxtariyyəti mümkün deyil, çünki bu "seçilmiş" millət azərbaycanlılara etibar etmir.

Məntiqli bir sual yaranır: əgər ermənilər əsassız olaraq Qarabağı qeyd-şərtsiz Ermənistan ərazisi hesab edirsə, işğal olunmuş bölgələr tampon bölgədirsə, niyə onlarla danışıqlar aparırıq? Bu mənasız diplomatiyaya nə vaxt son qoyulacaq? Klassik bir deyimdə söylənildiyi kimi, gücsüz siyasət və diplomatiyanın davamı müharibə olmalıdır. Torpaqlarımızı azğın ermənilərdən azad etmək üçün Azərbaycanın nəinki gəncləri, həm də şərəfli veteranlarımız da silaha sarılmağa hazırdırlar.

CəlilXəlilov,

Polkovnik, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini

EDNews.net

Mənbə: ednews.net