KİV: Gürcüstanın baş naziri dəyişəcək

Giorgi Qaxaria

Gürcüstanın baş naziri Giorgi Qaxarianın vəzifəsini tərk edəcəyi gözlənilir.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə yerli “Mtavari arxi” telekanalı məlumat yayıb.

Məlumata əsasən, G.Qaxarianı Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri Qriqol Liluaşvili əvəzləyəcək.

Kanal qeyd edib ki, hakim Gürcü Arzusu Partiyası “müxalifət” yaradacaq və G.Qaxaria onun lideri olacaq.

Hökumət rəsmiləri kadr dəyişiklikləri ilə bağlı yayılan məlumata hələ heç bir münasibət bildirməyiblər.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Azərbaycanda ən çox və ən az sərmayə qoyuan – RAYON/ŞƏHƏRLƏR - SİYAHI, MƏBLƏĞLƏR

SONRAKI XƏBƏR

Fidan Qasımova ilə quda olan Nahidə Orucova: “Qızım üçün darıxıram” - VİDEO