Çernoqoriya Prezidenti ölkəsinin koronavirusa qalib gəldiyini bəyan edib

“Çernoqoriya koronavirusa uğurla qalib gəlib, ölkədə qeydə alınmış yoluxma qalmayıb”.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu ölkə başçısı Milo Cukanoviç özünün "Twitter" səhifəsində yazıb.

Prezident uğurlu nəticənin Çernoqoriyanın dövlət orqanlarının və cəmiyyətin yüksək məsuliyyəti sayəsində əldə edildiyini vurğulayıb.

Çernoqoriyanın İctimai Sağlıq İnstitutunun bazar günü verdiyi məlumatda ölkədə 68 gün ərzində ilk dəfə COVİD-19-a yoluxma qeydə alınmadığı, virusa yoluxmuş bütün xəstələrin sağaldığı deyilir.

Çernoqoriya Səhiyyə Nazirliyi isə pandemiya başlayandan 324 nəfərin virusa yoluxduğunu, 9 vətəndaşın öldüyünü bildirib.

Apa.az

ƏVVƏLKİ XƏBƏR

Fidan Qasımova ilə quda olan Nahidə Orucova: “Qızım üçün darıxıram” - VİDEO

SONRAKI XƏBƏR

Cərrah-endokrinoloq: Düyünlü ur 90 faiz hallarda xoşxassəli olur