Polis dünən Pənah Hüseyni bölməyə çağırmışdı: Bu gün isə özü ofisə gedir - AÇIQLAMA

Polis dünən Pənah Hüseyni bölməyə çağırmışdı: Bu gün isə özü ofisə gedir - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, sabiq baş nazir, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseynin qərargahında insident olub və partiya sədri polis bölməsinə çağırılıb.

Buna səbəb Pənah Hüseyn və AĞ partiya başqanı Tural Abbaslının AXP qərargahında özünü qonşu qadın kimi təqdim edən şəxsin ittihamları ilə üzləşməsi olub. Həmin qadın hər gün ofisə yüzlərlə adamın gəldiyini, eləcə də orada içki məclislərinin düzənləndiyini deyərək Pənah Hüseyni ittiham edib.

Daha sonra isə həyətə çıxaraq, qışqırmağa başlayıb. Partiya sədri dərhal 102-yə məlumat verib və polis bir müddətdən sonra əlaqə saxlayaraq Pənah Hüseyni 5-ci bölməyə dəvət edib.

Qeyd edək ki, Daxili İşlər naziri Vilayət Eyvazov polisin 102 xidmətinə zəng edən vətəndaşı bölməyə çağırma səlahiyyətinin olmadığı haqqında sərəncamı var və bu barədə sosial şəbəkələrdə də məlumat yayılıb.

Pənah Hüseyn Cebhe.info-ya açıqlamasında bildirib ki, dünən insidentdən sonra polis bölməsinə çağırılsa da, bu gün bölmədən ona zəng edilib və bölməyə gəlməsinə ehtiyac olmadığı bildirilib. “Bu gün zəng etdilər ki ki, özləri gələcəklər”,- deyə AXP sədri bildirib.

Bununla belə o, DİN əməkdaşlarının ofisə nə zaman gələcəklərini bildirmədiklərini deyib.

Xatirə Nəsirova
Cebhe.info

Mənbə: cebhe.info