“Türk ordusunun anti-terror əməliyyatı bütün bəşəriyyətin təhlükəsizliyinə xidmət edir”

“Türk ordusunun anti-terror əməliyyatı bütün bəşəriyyətin təhlükəsizliyinə xidmət edir”

Türkiyəninmüdafiə naziri Hulusi Akar cari ilin 1 yanvar tarixindən bu günə qədər İraq vəSuriyanın şimalında 1458 terrorçunun türk hərbçiləri tərəfindən məhv edildiyinibildirib.

Terrorun vəterrorçunun vətəninin olmadığı, onların dünyadakı hər kəs üçün təhlükə kəsbetdiyini nəzərə alsaq, o zaman türk ordusunun bu uğurunu onun yalnız Türkiyə deyil,eləcə də bütün bəşəriyyət qarşısındakı tarixi xidməti kimi dəyərləndirmək olarmı?

Moderator.az-aaçıqlama verən “Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli, türk ordusununanti-terror əməliyyatının bütün bəşəriyyətin təhlükəsizliyi baxımından mühüm əhəmiyyətkəsb etdiyini vurğuladı:

“Bu, heç şübhəsiz ki, türk ordusunun bütün bəşəriyyə qarşısındakı xidmətidir. Bu güntürk faktoru kifayət qədər öndədir və biz buna görə Türkiyəyə təşəkkür etməliyik.Dünyanın ən qaynar nöqtələrində terrora qarşı mübarizədə türk mehmetçikləri sözsahibidirlər. Onlar bütün dünyanı özləri ilə hesablaşmağa mahiyyət etibari iləməcbur ediblər. Təbii ki, türk ordusunun terrorçulara qarşı apardığı mübarizəbütün bəşəriyyətin təhlükəsizliyinə xidmət edir və alqışlanmalıdır.

Türk ordusunun terroraqarşı apardığı mübarizə Azərbaycan üçün də nümunədir. Çünki Qarabağda da beləbir əməliyyatın aparılmasına ehtiyac var”.

Seymur ƏLİYEV

Mənbə: moderator.az