Qayda çox sadədir: “Ya qanuna riayət et, ya da cəzalanacaqsan !”

"Dövlət öz işini aparır və həyata keçirilən islahatlarla bağlı cəmiyyətdə sual doğuran bütün məsələlər zamanla öz cavabını tapacaq"

Bu sözləri “Sherg.az”a millət vəkili Şahin Seyidzadə deyib.

Deputatın sözlərinə görə, aparılan islahatlar həm konseptual, həm də struktur xarakteri daşıyır:

"Strukturda olan dəyişikliklər idarəetmə sistemində islahatlar aparılmasa mümkün deyil. Uğurlu islahatın təməlində uğurlu idarəetmə, uğurlu idarəetmənın təməlində isə peşəkar və dürüst kadr faktoru durur. Vəzifələri həvalə olunmuş kadr, Prezidentin ətrafında sıx birləşərək onun apardığı islahatı tək sözlə yox, həm də əməllə dəstəkləyirsə, o zaman islahatın ayrılmaz bir parçası olur. Əgər onun amalları və fəaliyyətləri qeyd edilən kimi deyil və dövlətçiliyinə xidmət göstərmirsə, bu o deməkdir ki, həmin şəxs islahatlara uyğunlaşmır. “Yol qaydalar”ı açıq, aydın və çox sadədir – riayət et və yaxud cəzalanacaqsan".

Millət vəkili deyib ki, Cənab Prezidentin dövlət və hökumətin daxilində apardığı yenidənqurma və islahat siyasətində nəzərdə tutduğu istiqamətlər artıq öz bəhrəsini verir. 2 il öncə başlamış hüquqi, institusional və kadr islahatları geniş vüsət alaraq bu gün intensiv formada davam edir. Biz artıq dövlətin bütün sahələrində islahatlara açıq formada şahid oluruq:

"Sevindirici haldır ki, ölkəmizdə bir çox sahədə aparılan islahatlarda gənc və peşəkar kadrlar iştirakçı olaraq, sözügedən islahatların uğurlu nəticələrindən faydalanır. Gənc və peşəkar kadrların məsuliyyətli vəzifələrdə olması onu göstərir ki, Prezidentin gənclərə böyük etimadı var. Qısa müddətdə icra hakimiyyəti orqanları və Milli Məclisdə kadr islahatları aparılaraq gənc kadrlar üçün geniş imkanlar yaradılıb. Rəhbər vəzifələr də daxil olmaqla bir çox sahə üzrə gənc kadrlar vəzifəyə təyin edilir. Artıq gənclər öz bacarıq və perspektivləri ilə həm xalqa, həm də dövlətçiliyə faydalı xidmət göstərir".

Ölkə başçısı yeni icra başçılarını qəbul edərkən korrupsiyaya qarşı mübarizədə ictimai nəzarət mexanizmini xüsusi qeyd edib. Bu mövzuya toxunan millət vəkili deyib ki, hər bir strukturda özünə məxsus xüsusiyyətlər mövcuddur! Hər şey açıq və şəffaf olmalıdır.

Sherg.az

ƏVVƏLKİ XƏBƏR

Narkotikə görə qonşusunu öldürdü - VİDEO

SONRAKI XƏBƏR

Koronavirusdan sonra dəhşətli müharibə başlaya bilər... - ABŞ QƏRARINI VERDİ...