Suriya ordusu Rəqqada terrorçuları məhv etdi

Suriya ordusu Rəqqada terrorçuları məhv etdi

Eastnews.org-un verdiyi xəbərə görə, Suriya ordusunun bölmələri Rəqqa vilayətinin cənub-qərbində keçirilən əməliyyat zamanı İŞİD terror qruplaşmasının dəstəsini məhv edib.

Bu barədə “Al-Masdar” xəbər portalı məlumat verib.

Məlumata əsasən, Suriya hərbçiləri İŞİD terrorçularının mütəmadi olaraq hücum təşkil etdikləri Salmiyə şəhəri ətrafında bir qrup terrorçunu məhv edib.

Suriya ordusunun adı çəkilən bölgədə yerləşən Ət-Tayim yatağında yerləşən neft quyularını qorumaq tədbirləri görəcəyi qeyd edilir.

Mənbə: TASS

Mənbə: eastnews.org