Uzun fasilədən sonra Səudiyyə Ərəbistanı səfiri İraqa qayıdır

Uzun fasilədən sonra Səudiyyə Ərəbistanı səfiri İraqa qayıdır

Eastnew.org-un verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanının Xarici İşlər naziri Feysəl ibn Farhan, kralın Səudiyyə Ərəbistanın İraqdakı səfirini geri qaytarmağa razı olduğunu söyləyib.

Bu barədə "əl-Ərəbiyyə" saytı məlumat yayıb.

Məlumata görə, Səudiyyə Ərəbistanının kralı Salman ibn Əbdüləziz Səudiyyə Ərəbistanının İraqdakı səfirinin fəaliyyətini icra etməsini üçün əmr imzalayıb.

Səudiyyə Ərəbistanının Xarici İşlər naziri Feysəl ibn Farhan, İraqın Maliyyə naziri Əli Əlavi ilə görüşündə bu məsələni müzakirə edib.

Nazir, Səudiyyə Ərəbistanının İraq xalqının birliyini qorumaq üçün çalışdığını iddia edərək, ümumi maraqlara çatmaq və ikitərəfli əlaqələri gücləndirmək üçün yeni İraq hökuməti ilə işləməyin vacibliyini vurğulayıb.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı 2015-ci ilin dekabrında Bağdaddakı səfirliyini yenidən açmışdı. Lakin Səudiyyə Ərəbistanı daha sonra səfirin İraqdakı bəzi şəxslərə etdiyi təhqirə görə İraqdakı diplomatik varlığını azaltmağa məcbur olub.

Mənbə: FNA

Mənbə: eastnews.org