Xosrov Qasanbekov: Yaranmış vəziyyət tam nəzarət altındadır

Xosrov Qasanbekov: Yaranmış vəziyyət tam nəzarət altındadır

Dünyada koronavirusa yoluxma və bu virusdan ölüm halları artmaqda davam edir...

Dünyada koronavirusa yoluxma və bu virusdan ölüm halları artmaqda davam edir. Yoluxma sayına görə dünyada ilk yerdə ABŞ, ikinci yerdə isə şimal qonşumuz Rusiya gəlir. Eyni zamanda koronavirusla bağlı Dağıstanda da vəziyyət elə də ürək açan deyil. Azərbaycana qayıtmaq istəyən vətəndaşlar Dağıstan sərhədinə toplanırlar. Bu isə onların həyatları üçün təhlükə hesab edilir.

Məsələ ilə bağlı İnterAz-a açıqlama verən Dağıstan Respublikasının Azərbaycan nümayəndəliyinin rəhbərinin müavini Xosrov Qasanbekov bildirib ki, sərhəddə yaranan problem qısa müddət ərzində öz həllini tapacaq:

"Narahatçılığa heç bir əsas yoxdur. Yaranmış vəziyyət Dağıstan Respublikasının rəhbərliyinin nəzarəti altındadır. Azərbaycan vətəndaşlarının vəziyyəti ilə bağlı heç bir problemi yoxdur. Dərbənddə çadır şəhərciyində saxlanılan azərbaycanlıların bütün zəruri ehtiyyacları ödənilir. Onların mərhələli şəkildə sərhədi keçmələri üçün bütün zəruri addımlar atılır və yaxın günlər bu problem tamamilə tam həll olunacaq.

Mənbə: www.interaztv.com