Paşinyandan Tiflisə təhqir: Abxaziya kimə məxsusdur?

Ermənistan Baş naziri Nikol Paşinyanın ailəsi bir neçə ton siqaretin Krasnodar və Voronekə uğursuz ixrac cəhdindən sonra yeni siqaret partiyasını Abxaziyaya ixrac etmək qərarı qəbul edilib.

Axar.az xəbər verir ki, bunu Ermənistanın Vatikandakı səfiri Mikayıl Minasyan deyib.

“Əfqan sistemi alınmadı, Voronej sistemi alınmadı və qərar qəbul etdilər ki, Abxaziyaya ixrac etsinlər. Onlar bilmədilər ki, hansısa ölkəyə ixrac həyata keçirəndə bu ölkə mövcud olmalıdır”, – deyə o bildirib.

Minasyan ixrac edilən siqaretin 14,8 ton olduğunu və sənədlərdə Abxaziya ilə bərabər, buranın Gürcüstan ərazisi kimi göstərildiyini, nəticədə böyük diplomatik problemin yarandığını deyib:

“Ermənistanın dövriyyəsində Abxaziya mövcud deyil. Abxaziya sənədlərdə Gürcüstan ərazisi kimi təqdim edilir. Gürcülər bunu biləndə sual verəcəklər ki, siz Gürcüstana bu məhsulu necə ixrac edirsiniz? Bəs Abxaziyada sizin onları Gürcüstanın tərkib hissəsi saydığınızı bilirlərmi? Bununla hakimiyyət bizim ölkənin gürcülər, ruslar və abxazlarla böyük problemini yaratdı və bunu Paşinyanın ailə biznesi üçün etdi”.

Axar.az

ƏVVƏLKİ XƏBƏR

Bakının mərkəzində uçub-tökülən məhəllə: Sakinlər taleyin ümidinə tərk ediliblər - VİDEO

SONRAKI XƏBƏR

Gimnastlarımızdan həkimlərə və hüquq-mühafizə orqanları əməkdaşlarına alqış - VİDEO