Erməni riyakarlığının ən son həddi - ŞƏRH, VİDEO

"Paşinyan çox gözəl bilir ki, bu gün Azərbaycan Xristian dünyası ilə müsəlman dünyası arasında körpü rolunu oynayan əsas ölkədir. Məhz bu səbəbdən o, Azərbaycanın müsəlman dünyasındakı rolunu zəiflətməyə cəhd göstərir. Bu cəhdlər isə bəri başdan fiaskoya düçar cəhdlərdir".

Bunu politoloq, millət vəkili Elşad Mirbəşir, Ermənistan Baş naziri Nikol Paşinyanın Ramazan bayramı münasibətilə bəzi müsəlman ölkələrinin rəhbərlərinə təbrik ünvanlamasını şərh edərkən deyib.

O, sözügedən ölkələrin də tərkibində olduğu İslam Əməkdaşlıq Təşkilatının hər il, ardıcıl olaraq Ermənistanı Azərbaycana qarşı təcavüzkar siyasətinə görə pisləyən, Ermənistanı açıq mətnlə işğalçı dövlət adlandıran ilk beynəlxalq təşkilatlardan biri olduğunu deyir. Digər tərəfdən isə islam ölkələri Azərbaycanın potensialından yararlanaraq özlərinin beynəlxalq münasibətlər sistemində mövqelərini daha da möhkəmləndirməyə çalışırlar.

Millət vəkili deyir ki, əksər müsəlman ölkələri erməni xislətindən, erməni dövlətinin işğalçı mahiyyətindən xəbərdardır. Onlar anlayır ki, Ermənistan məqam düşdüyü halda onlara qarşı da dönük çıxacaq. Bu baxımdan müsəlman ölkələri bu dövlətlə əməkdaşlıq qurmamışdan qabaq çox yaxşı düşünməlidirlər və düşünürlər də.

Amma təəssüflər olsun ki, müsəlman dünyasında Erməni riyakarlığını qəbul edən dövlətlər də var. Bunu isə millət vəkili Rasim Musabəyov deyir.

Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın Ramazan bayramı münasibətilə bəzi müsəlman ölkələrinin rəhbərlərinə təbrik ünvanlamasına Azərbaycan Xarici İşlər Nazirliyi də münasibət bildirib. Nazirlik bunu təcavüzkar Ermənistan rəhbərinin islam dininə qarşı nümayiş etdirdiyi riyakarlığın ən yüksək səviyyəsi adlandırıb.

REAL

 

Realtv.az

ƏVVƏLKİ XƏBƏR

İlk dəfə oğlunun üzünü göstərdi - FOTO

SONRAKI XƏBƏR

"Toydan sonra ayrı yaşayacayıq" - Mələkxanım Əyyubovanın qızı - VİDEO