XİN: Gürcüstan Ukraynadan münasibətlərin normallaşdırılması üzrə addımlar gözləyir

Gürcüstanın Xarici İşlər Nazirliyində (XİN) ölkənin Ukraynadakı səfiri Teymuraz Şaraşenidze ilə aparılan məsləhətləşəmələr başa çatıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə XİN-dən bildirilib.

Qeyd olunub ki, Gürcüstan Ukraynadakı hadisələrin inkifaş prosesini izləyəcək:

“Ukrayna hökumətinin Gürcüstanla münasibətlərin normallaşdırılması baxımından hansı addımlar atacağınını müşahidə edəcəyik və daha sonra səfirin Ukraynaya qayıtma tarixi barədə qərar qəbul edəcəyik”.

XİN bildirib ki, səfirin məsləhətləşmələr üçün Tbilisiyə çağırılması iki ölkə arasında diplomatik münasibətlərin dayandırılması demək deyil: “Gürcüstan-Ukrayna strateji tərəfdaşlıq münasibətlərinə yenidən baxılma planlaşdırılmayıb. Gürcüstan Ukrayna ilə bir sıra strateji məsələlər üzrə birgə fəaliyyəti və əməkdaşlığı davam etdirir”.

Report.az

ƏVVƏLKİ XƏBƏR

“MEHRİBAN DÜŞMƏNÇİLİY”İN SONU:Çin və ABŞ ideoloji olmayan blokları formalaşdırmağa başlayır

SONRAKI XƏBƏR

Bir qrup yəhudi fələstinlilərə hücum etdi; Yaralılar var