Çevriliş nəticəsində hakimiyyətdən salınan diktatorun sərvəti açıqlandı: "4 milyard dollar…" - FOTO

Çevriliş nəticəsində hakimiyyətdən salınan diktatorun sərvəti açıqlandı: "4 milyard dollar…" - FOTO

Sudanda həyata keçirilmiş hərbi çevriliş nəticəsində hakimiyyətdən salınan və həbs edilən Ömər əl-Bəşir və ailəsinə məxsus 4 milyard dollar sərvətin olduğu açıqlanıb.
Yeniavaz.com “Bloomberg”-ə istinadla xəbər verir ki, bunu Korrupsiya ilə Mübarizə Komitəsinin sözçüsü Salah Mana bildirib. Onun sözlərinə görə 30 ildən çox ölkəni idarə etmiş Ö. əl-Bəşirə məxsus 4 milyard dollar dövlət tərfindən aşkarlanaraq götürülüb: “Əldə etdiyimiz ilkin məlumata əsasən əl-Bəşir və ailəsinin fərqli şirkət və binalarda 3,5 - 4 milyard dollar aralığında sərvəti aşkarlanıb”.

Qeyd edək ki, 1989-cu ildən 2019-cu ilə qədər ölkəni idarə etmiş əl-Bəşir Darfur vilayətinin qərbində törətdiyi cinayətlərə görə Beynəlxalq Cinayət Məhkəməsinə çıxarılacaq.

Sudanda 2018-ci ilin dekabr ayında rifah səviyyəsinin aşağı olması səbəbilə başlayan etiraz aksiyaları bir müddətdən sonra bütün ölkəyə yayılmış, 2019-cu ilin 11 aprelində ordunun Ömər əl-Bəşiri hakimiyyətdən salması ilə sona çatmışdı.

Mənbə: www.yeniavaz.com