Lukaşenko xəbərdarlıq etdi: “Koronavirusun ikinci dalğasına hazırlaşın”

Belarus Prezidenti Aleksandr Lukaşenko ölkəni koronavirusun ikinci dalğasına hazırlaşmağa çağırıb.

Bu barədə “BelTA” agentliyi məlumat yayıb.

“Biz ikinci dalğanı ağlımızda tutmalıyıq. Ola bilər ki, bu bəla da keçər. Ancaq rahatlaşmaq olmaz”, - deyə A.Lukaşenko bildirib.

Prezident, həmçinin, ölkədə koronavirusla bağlı vəziyyətin yaxşılaşdığını qeyd edib.

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Rus muzdlular Liviyadan geri çəkildi

SONRAKI XƏBƏR

Bakıda avtobus sürücüsündən maraqlı addım – VİDEO