"Ənsarullah" rəsmisi sərt danışdı

"Ənsarullah" rəsmisi sərt danışdı

Eastnews.org-un verdiyi xəbərə görə, Yəmənin "Ənsarullah" hərəkatının rəsmisi Məhəmməd Əbddüsəlam Ramazan bayramı günü ölkəsinə hücum edilməsinə münasibət bildirib.

Məhəmməd Əbddüsəlam açıqlamasında vurğulayıb ki, Yəmənə hücum edərək dinc sakinləri öldürənlər ən sərt formada cavablarını alacaqlar.

"Ölkəmizə edilən hücumlar və mühasirə düşmən üçün pis nəticələrə səbəb olacaq. Onlar etdikləri hər şeyə görə cavab verəcəklər", - deyə Məhəmməd Əbddüsəlam diqqətə çatdırıb.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı liderliyindəki Koalisiya Qüvvələri Yəmənin əl-Cuf, Məarib, Həccə və Səada vilayətlərini dəfələrlə hədəfə alaraq dinc sakinləri öldürüblər.

Mənbə: AlMasirah

Mənbə: eastnews.org