"Ermənipərəst konqresmenə CAVAB: “O, erməni lobbisinin ötürdüyü mətni oxuyur ”

“Amerikanın hansısa konqresmeni “Şuşada “andiçmə mərasimi” danışıqlara zərbədir və müharibə təhlükəsini artırır” dedimi ?! Xeyr! “

"Ermənipərəst konqresmen Frank Pallone ABŞ administrasiyasına (dövlət katibi Mayk Pompeoya və müdafiə naziri Mark Esperə) və Minsk Qrupu həmsədrlərinə eyni məzmunlu iki məktub göndərib".

Bunu "Sherg.az"a açıqlamasında "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.

Politoloq bilirib ki, Pallone məktublarında Azərbaycan ordusunun genişmiqyaslı hərbi təlimlərini qınamağa çağırıb:

"Konqresmen bu təlimlərin təhlükə yaratdığını və bölgədə gərginliyi artıra biləcəyini iddia edib. Frank Pallonenin məktubunda qeyri-adi heç nə yoxdur. Adam on illərdir erməni lobbisinin bütün istək və arzularını yerinə yetirir".

Siyasi şərhçi onu düşündürən başqa məsələyə diqqət yönəldib:

"Ermənistanın baş naziri nümayişkənarə şəkildə işğal altındakı Şuşada “andiçmə” mərasimi keçirdi. Bu hərəkəti ilə müharibə təhlükəsini artırdı. Buna rəğmən, dünyanın heç bir yerindən “tık” səs də gəlmədi. Amerikanın hansısa konqresmeni “Şuşada “andiçmə mərasim”i danışıqlara zərbədir və müharibə təhlükəsini artırır” dedimi? Pallone durduğu yerdə açıqlama vermir, erməni lobbisinin ötürdüyü mətni oxuyur. Bəs bizim mətni oxuyan konqresmen niyə tapılmadı? Bəlkə heç axtarılmadı? Son hadisədə özümüz dedik, özümüz eşitdik...".

Sherg.az

ƏVVƏLKİ XƏBƏR

Yaponiya beysbol liqası milli çempionatı başlamağa qərar verib

SONRAKI XƏBƏR

İraqda İŞİD məlumat bazası ələ keçirildi