Parisdə 28 May - Respublika Gününə həsr edilmiş “28 il Qarabağsız” adlı onlayn konfrans keçiriləcək

Paris, 25 may, AZƏRTAC

Mayın 27-də Parisdə yerli vaxtla saat 16:00-da Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 102-ci ildönümü münasibətilə Lionda qeydiyyatdan keçmiş Azərbaycan-Fransa Dialoq Assosiasiyasının (ADFA) təşkilatçılığı ilə “28 il Qarabağsız” adlı vebinar (onlayn konfrans) təşkil olunacaq.

AZƏRTAC xəbər verir ki, onlayn konfransın moderatoru ADFA-nın prezidenti Günel Səfərova olacaq.

Konfransda Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri, deputat Tural Gəncəliyev, tarix elmləri üzrə tədqiqatçı Maksim Qoen və fransız jurnalist Alen Rumestanq iştirak edəcəklər.

Onlayn konfrans ADFA-nın “Facebook” səhifəsindən yayımlanacaq.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

Azertag.az

ƏVVƏLKİ XƏBƏR

Bioloji silahla hücum planı: bütün ölkələr hədəfdədir

SONRAKI XƏBƏR

Yeni iPhoneların satış qiymətləri açıqlandı