Rus muzdlular Liviyadan geri çəkildi

Rus muzdlular Liviyadan geri çəkildi

Rusiyanın “Vaqner” özəl hərbi şirkətinin 1600 döyüşçüsü Liviyanın qərbindəki döyüş zonalarını tərk ediblər.

Axar.az xəbər verir ki, bunu Liviya Milli Hökumətinin rəsmi nümayəndəsi Məhəmməd Kununu deyib.

Onun sözlərinə görə, rus muzdlular Beni Velid hava limanından iki hərbi nəqliyyat təyyarəsi ilə qərb bölgələrindən çıxıblar. Onlar hansı əraziyə getdiklərinin bilinmədiyi vurğulanıb.

Mənbə: axar.az