Prezident də bəyan etdi: "Koronavirusa qalib gəldik"

“Monteneqro koronavirusa uğurla qalib gəlib, ölkədə son sutkada yoluxma qeydə alınmayıb”. Cebhe.info xəbər verir ki, bunu ölkə başçısı Milo Cukanoviçdə özünün "Twitter" səhifəsində yazıb. Bu gün səhər isə rəsmi səhiyyə qurumları bu barədə ilk informasiya vermişdi.

Prezident bildirib ki, bu nəticə Monteneqronun dövlət orqanlarının və cəmiyyətin əməkdaşlığı, yüksək məsuliyyəti sayəsində əldə edilib.

Ölkədə virusun qeydə alındığı 68 gün ərzində ilk dəfə dünən COVİD-19-a yoluxma olmayıb. Virusa yoluxmuş bütün xəstələr sağalıb və son xəstə artıq xəstəxanadan evə buraxılıb.

Ümumiyyətlə ölkədə 324 nəfər virusa yoluxmuş, 9 nəfər ölmüşdü.

Xəzər

Cebhe.info

Cebhe.info

ƏVVƏLKİ XƏBƏR

Basketbol üzrə avrokuboklar ləğv olundu

SONRAKI XƏBƏR

Azərbaycan tütün və tütün məmulatlarının ixracını 21% azaldıb