BMT-nin GİZLİ HESABATI üzə çıxdı: 8 ölkə Türkiyəyə qarşı xüsusi ordu yaratdı

Liviyada Türkiyəyə qarşı xüsusi silahlı qrup yaradılıb.
Publika.az xəbər verir ki, bu fikirlər Birləşmiş Millətlər Təşkilatının gizli hesabatında yer alıb.
Sihalı qrupda 8 ölkədən iştirakçılar daxildir və əsas məqsədləri Türkiyənin Liviya Milli Razılıq Hökumətinə verdiyi dəstəyin qarşısını almaqdır.
Almaniya Xəbər Agentliyinin (DPA) əldə etdiyi 80 səhifəlik hesabatda qeyd olunur ki, 2019-cu ilin iyun ayında 20 nəfərdən ibarət qrup İordaniyadan yük təyyarəsi ilə Liviyaya gətirilib və Haftarın nəzarətindəki Binqazi şəhərinə aparılıb.
Avstraliya, Fransa, Malt, Güney Afrika, İngiltərə və ABŞ vətəndaşlarından ibarət olan qrup rəsmi olaraq Liviyaya “geofizik araşdırma” adı altında gəlib, lakin onların xüsusi təyinatlı qrup olduğu və əsas məqsədin Türkiyənin Liviya Milli Razılıq Hökumətinə dəstəyinin qarşısını almaq olduğu deyilir.
Qrupda təmsil olunan 20 nəfər döyüş, strategiya və bir sıra hərbi məsələlər üzrə mütəxəsislərdir, onlar Haftara Türkiyə ilə müharibə aparmasına kömək edəcək.
Asif

Publika.az

ƏVVƏLKİ XƏBƏR

İranlı nazir açıqladı: “Türkiyə təklifimizi rədd etdi”

SONRAKI XƏBƏR

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı rayonuna səfərə gəliblər (FOTO)