“The Jerusalem Post” Azərbaycan müxalifətindəki gey qalmaqalı haqda

İsrailin aparıcı "The Jerusalem Post" qəzeti Azərbaycan müxalifətində yaşanan gey qalmaqalına məqalə həsr edib.

Virtualaz.org-un məlumatına görə, nəşr bildirir ki, ötən həftə müxalif Milli Şuranın onlayn konfransının videogörüntüləri ictimaiyyətin diqqət mərkəzində olub. Bu konfrans zamanı Milli Şuranın üzvü Gültəkin Hacıbəyli cinsi azlıqların hüquqlarının qorunması ilə bağlı məsələlərin Qərb üçün çox vacib olduğunu qeyd edib. Sonra G.Hacıbəyli ABŞ-da fəaliyyət göstərən jurnalist İsmayıl Cəlilovu qeyri-ənənəvi cinsi oriyentasiyasını vurğulayaraq onu tənqid etməyə başlayıb.

Milli Şuranın digər üzvü Rafiq Manaflı söhbətə müdaxilə edərək İsmayıl Cəlilovu təhqir edib və onu “kişi fahişəsi” adlandırıb. Eyni zamanda, Rafiq Manaflı "Hitlerin bütün geyləri vaxtında məhv edə bilmədiyi üçün" təəssüfləndiyini bildirib.

Qəzet Milli Şura daxilində homofob əhval-ruhiyyənin yüksək səviyyədə olduğunu qeyd edib: “Bununla belə, Gültəkin Hacıbəyli dedikləri üçün üzr istəməli oldu. Rafiq Manaflı isə, öz növbəsində, üzr istəməkdən imtina etdi”.

Virtualaz.org

ƏVVƏLKİ XƏBƏR

Kürdəmirdə avtomobil məktəblini vurdu

SONRAKI XƏBƏR

Avtomobillərin yay mövsümünə hazırlığı - VİDEO