Rusiya ilə dialoqu gücləndirməliyik – Maas

Rusiya ilə dialoqu gücləndirməliyik – Maas

Rusiya çoxlu beynəlxalq problemlərin həllinə töhfə verə bilər.

Axar.az xəbər verir ki, bunu Almaniya Xarici İşlər naziri Hayko Maas deyib. O, Moskva və Berlin arasında intensiv dialoqun pozitiv gündəmin formalaşdırılması üçün gərəkli olduğunu bildirib:

“Bizə intensiv dialoq lazımdır. Konkret olaraq ölkələrimiz, hökumətlərimiz, parlamentlərimiz və cəmiyyətlərimiz arasında dialoq olmalıdır. Biz yeni dinamika üçün pozitiv gündəm yarada bilərik”.

Mənbə: axar.az