Amerikada Xatirə Günü koronavirusdan ölənlərin sayının 100 minə yaxınlaşdığı vaxt qeyd edilir

Amerikada Xatirə Günü koronavirusdan ölənlərin sayının 100 minə yaxınlaşdığı vaxt qeyd edilir

Baar ertəsi Amerika Birləşmiş Ştatlarında Xatirə Gününü qeyd edir. Bu gün vətənləri uğrunda həyatlarını qurban vermiş yüz minlərlə hərbçi kişi və qadınının xatirəsinin anıldığı bir gündür.

Həlak olmuş hərbçilərin xatirəsini anmaq üçün bazar ertəsi ölkə boyu yarıya endirilən bayraqlar ABŞ prezidenti Donald Trampın göstərişi ilə koronavirusdan həyatlarını itirən təxminən 100 minə qədər amerikalının da xatirəsinin anılması məqsədilə artıq cümə günündən yarıya endirilib.

Bu bayram həm də ABŞ-da yay tətili mövsümünün qeyri-rəsmi başlanğıcıdır. Lakin sosial məsafə qaydaları, xaricdən səyahətçilərin ölkəyə gəlməsinə qoyulan məhdudiyyətlər və milyonlarla insanın işini itirməsi ilə bu mövsüm əvvəlki illərlə müqayisədə fərqlidir.

Tramp bu gün Arlington Milli Xiyabanında əklil qoymağı və Xatirə Gününün bir hissəsini 1812-ci ildə tarixi döyüşün getdiyi Baltimor şəhərindəki Fort Mak-Henridə keçirməyi planlaşdırır.

Baltimor şəhərinin meri Cak Yanq bunun səyahət etməməyə çağırılan baltimorlulara səhv mesaj olduğunu deyərək, prezidentdən şəhərə gəlməməsini xahiş edib. Şəhərin meri ictimai yerlərdə maska taxmaqdan imtina edən Trampın Baltimora ziyarətinin əhəmiyyətli olmadığını deyib.

Mənbə: www.amerikaninsesi.org