Filippinin dövlət başçısı Prezident İlham Əliyevə təbrik məktubu göndərib

Filippinin dövlət başçısı Prezident İlham Əliyevə təbrik məktubu göndərib

Filippin Respublikasının Prezidenti Rodriqo Roa Duterte Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrik məktubunda deyilir:

“Zati-aliləri.

Milli bayramınız - Respublika Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırıram.

Biz Azərbaycan xalqının hər birimizin paylaşdığı və əziz tutduğu müstəqillik, azadlıq və suverenlik kimi dəyərləri təntənə ilə qeyd etməsinə qoşuluruq. Qoy, bu gün Sizin həmrəy, etibarlı və firavan ölkənizin quruculuğuna dəyərli töhfə olsun.

Zati-aliləri, Sizə ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

Cebhe.info

Mənbə: cebhe.info