“AXC qurucuları milli mətbuatın şinelindən çıxan ziyalılar olub”

“AXC qurucuları milli mətbuatın şinelindən çıxan ziyalılar olub”

Vüqar Zifəroğlu: “Mediamız bu gün də dövlətə və dövlətçiliyə bağlılığı ilə diqqət çəkir”

Mayın 28-də ölkəmizdəRespublika Gününün növbəti ildönümü qeyd olunacaq.

 

Maraqlıdır,respublikamızın müstəqilliyinin, maraq və mənafeyinin müdafiəsində müasir Azərbaycanmediası hansı rola malikdir? Media respublika maraqlarımızın etibarlı müdafiəsindəüzərinə düşən işin öhdəsindən layiqincə gələ bilirmi?

 

Moderator.az-a açıqlamaverən Bakı Dövlət Universitetinin “Jurnalistika” fakültəsinin dekanı,filologiya üzrə elmlər doktoru Vüqar Zifəroğlu medianın bu məsələdəki rolununböyük və inakredilməz olduğuna diqqət çəkdi:

 

“Azərbaycan mətbuatınınsözün həqiqi mənasında Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurulmasında müstəsna xidmətləri olub. AXC-ninqurucuları XIX əsrin sonu, XX əsrin əvvəllərində formalaşan, milli mətbuatınşinelindən çıxan ziyalılar, publisistlər olub. Həmin dövrdə Azərbaycan mediasıxalqın maariflənməsi üçün böyük zəhmət sərf edib. Məhz bu qurucular da mətbuatvasitəsi ilə xalqı aydınlatmağa çalışıblar. Nəticədə də AXC yaranıb. Bu mənadaAzərbaycan jurnalistikası son 100 il ərzində şərəfli bir yol qət edib.

 

Ölkəmiz ikinci dəfə müstəqilliyiniəldə etdiyi zaman Azərbaycan jurnalistikası öz sözünü deyib. Milli-azadlıq hərəkatıdönəmində yeni nəsil, partiya-sovet senzurasından, onun təsirindən kənar yeni,müasir baxışlara nalik, müstəqillik dieyalarını təbliğ edən Azərbaycanjrunalistləri yetişdi. Bu mənada 100 il öncə qoyulan yol bu gün dəjurnalistikamızda davam edir, mediamız bu yola sadiqlik sərgiləyir.

 

Azərbaycan jurnalistikasıbu gün də dövlətə və dövlətçiliyə bağlılığı ilə diqqət çəkir. Bu səbəbdən dərespublikamızın həyatında, onun maraqlarının müdafiəsində jurnalistikamızınrolu həqiqətən də böyükdür”.

 

Seymur ƏLİYEV

Mənbə: moderator.az