Jurnalistlər karantini ləğv etmək istəyən baş naziri hədəfə alıblar

Jurnalistlər karantini ləğv etmək istəyən baş naziri hədəfə alıblar

Böyük Britaniyanın "Guardian", "Daily Mail", "The Sun", "Daily Mirror" kimi nüfuzlu qəzetləri baş nazir Boris Consonun koronavirusla bağlı qadağaları götürüb xalqa tam sərbəstlik verilməsi təklifini sərt tənqid edib.

Moderator.az-ın məlumatına görə, sözügedən qəzetlər baş nazirin təklifini məsuliyyətsizlik, sərsəmlik kimi dəyərləndirib.

Mayın 24-dən ölkənin faktiki olaraq bütün KİV-ləri, məşhur telekanallar, böyük ingilis nəşrləri baş nazirə qarşı kampaniyaya başlayıb. Jurnalistlər yazırlar ki, Boris Consonun ölkədə virusla bağlı vəziyyətin elə də pis olmadığını, karantinin virusa qarşı mübarizədə elə də effektli üsul sayılmadığını söyləməsi, karantinin yumşaldılmasını, hətta tamamilə götürülməsini təklif etməsi, əhalinin özü-özünün sağlamlığının qeydinə qalacağını deməsi cəmiyyətdə narazılıq yaradıb. Consonun sərt karantinin ölkənin ictimai-siyasi, iqtisadi həyatına ağır zərbə vurmasını bildirməsi vətəndaşları hiddətləndirib. Mediada dərc edilən yazılarda qeyd olunur ki, koronavirusdan yenicə müalicə alıb sağalmış Boris Consonun bu sayaq danışması başadüşülən deyil.

Mənbə: moderator.az