Daşnaklar Qarabağdakı  yeni “hökumət”dən üz döndərdi...

Daşnaklar Qarabağdakı  yeni “hökumət”dən üz döndərdi...

"Kəşfiyyat, agentura fərasəti lazımdır ki, düşmənin daxili ixtilaflarından yararlanıb çaxnaşma yaradasan..."

3 əsrlik terrorçu erməni partiyası olan “Daşnaksütyun”un Azərbaycanın işğal altındakı torpaqlarında formalaşmış şöbəsi “Azad Vətən” “partiya”sının sədri Araik Arutyunyanın separatçı-terrorçu rejimin yeni rəhbəri “seçilməsi”ndən sonra bəyanat yayıb.

 

Moderator.az xəbər verir ki, Xankəndidəki erməni nəşrlərinin yaydığı məlumata görə, bəyanatda daşnaklar A.Arutyunyanın yeni qurduğu separatçı “hökumət”lə əməkdaşlığa hazır olduqlarını bildiriblər. Ancaq bununla yanaşı, terrorçu partiyanın Azərbaycandakı şöbəsi yeni “hökumət”ə daxil olmaqdan imtina edib.

“Ümummilli seçkilərin nəticələrini və yeni seçilmiş prezidentlə danışıqları nəzərə alaraq biz formalaşmaqda olan hökumətin tərkibinə daxil olmağı məqsədəuyğun saymırıq”- Qarabağ daşnaklarının yaydığı bəyanatda belə deyilir.

P.S. Kəşfiyyat, agentura fərasəti lazımdır ki, düşmənin daxili ixtilaflarından yararlanıb çaxnaşma yaradasan...

Sultan Laçın

Mənbə: moderator.az