ABŞ nümayəndələri Haftarla görüşdü? - Səfirlik

ABŞ nümayəndələri Haftarla görüşdü? - Səfirlik

ABŞ-ın Tripolidəki səfirliyi amerikalı nümayəndə heyətinin Benqaziyə səfər etməsi barədə Səudiyyə Ərəbistanının yaydığı məlumatları təkzib edib.

Axar.az xəbər verir ki, səfirlik Tvitter səhifəsində açıqlama yayaraq Benqaziyə hər hansı nümayəndə heyətinin səfər etmədiyini bildirib.

Qeyd edək ki, ötən gün Səudiyyə Ərəbistanı mətbuatı ABŞ rəsmilərinin Liviyada böhranın həlli çərçivəsində Benqaziyə səfər etməsi barədə məlumat yayıb.

Mənbə: axar.az