"Türkiyənin Azərbaycana Rusiyanın Ermənistana verdiyi qədər hücum xarakterli dəstək verməsini istərdik"

Son bir neçə ayda Türkiyənin Dağlıq Qarabağprobleminə daha həssas yanaşması müşahidə olunmaqdadır. Buraya ilk dəfə olaraqbu ilin mart ayında Minsk Qrupu həmsədrlərinin Ankaraya dəvət edilməsi vəxarici işlər naziri Mövlud Çavuşoğlu ilə problemi müzakirə etməsini də əlavəetsək bu qənaəti bir az da gücləndirmiş olarıq.

Mayın 24-də bir sıra saytlarda, o cümlədənModerator.az saytında M.Çavuşoğlunun tanınmış jurnalist, Parlament JurnalistləriBirliyinin sədri Elşad Eyvazlının Türkiyənin Qarabağ məsələsində Azərbaycanı dəstəkləməsiilə bağlı sualını cavablındırdığı videomüsahibə yayıldı.

“DİM.TV” efirində gedən süjetdə M.Çavuşoğlunun Azərbaycanahər zaman dəstək olduqlarını bildirməsi ilə yanaşı, onun xüsusi vurğuladığı birfikir daha çox diqqət çəkib. Türkiyə XİN rəhbəri sözügedən cavabında Azərbaycandəstək məsələsində “nə zaman bir tələb irəli sürərsə, Türkiyə həmin tələbi dəyerinə yetirməyə hazırdır” cümləsini ifadə edib.

Bir sıra siyasi ekspertlər diqqəti bu ifadəyə çəkərəkvurğulayırlar ki, bu, Türkiyənin Dağlıq Qarabağ probleminin həllində Azərbaycanadaha real dəstək göstərmək niyyətinin təzahürüdür.

Politoloq Qabil Hüseynli məsələni Moderator.az-a şərhedərkən bildirib ki, həqiqətən də bu, çox diqqətçəkən bir yanaşmadır:

“Türkiyə xarici işlər naziri səviyyəsində belə birfikrə deyərdim ki, ilk dəfədir ki, rast gəlirik. Hər zaman istifadə edilən kəlmələrdaha ölçülü, balanslaşdırılmış bir münasibətin ifadəsi olub. Ancaq bu dəfəMövlud Çavuşoğlunun “Azərbaycan nə tələb edərsə, onu da etməyə hazırıq” fikriniifadə etməsi zənnimcə çox ciddi bir anlama gəlir”.

Qabil Hüseynlinin sözlərinə görə, bunu yalnızÇavuşoğlunun subyektiv fikri kimi qəbul etmək olmaz:

“Bu, Türkiyə hökumətinin və dövlətinin adındandeyilmiş bir bəyandır. Çavuşoğlunun özünün də Azərbaycana münasibəti məlumdur.Ancaq açıq deyək ki, Türkiyə Dağlıq Qarabağ məsələsində Azərbaycana lazımı dəstəyiverib. Ancaq eyni zamanda, bəzən hədsiz ehtiyatkarlığını da nümayiş etdirib.

Məsələn, mühribənin ağır dövrlərində, Kəlbəcərinişğalı vaxtı , əlbəttə o zaman iqtidarda Süleyman Dəmirəl idi, bu dəstəklazımınca olmamışdı. Hətta xatırladım ki, o zamankı prezident Əbülfəz Elçibəyinhumanitar dəstək üçün istədiyi vertolyotları da Türkiyə təmin etməmişdi.

Ancaq sonralar ordu quruculuğunda Türkiyənin bizəyaxından dəstəyi oldu və indi də bu əməkdaşlıq dərinləşərək davam edir”.

Politoloq deyib ki, bütün bunlar hələ kifayət etmir:

“Lakin deyərdim ki, bu, hələ yetərli deyil. Deyimki, şəxsən mən Türkiyəni Azərbaycandan ayrı tutmuram və “bir millət iki dövlət”şüarına böyük əhəmiyyət verirəm. Lakin hesab edirəm ki, iki dövlətin yaxınlığıgələcəkdə daha sıx olmalıdır, hətta konfederativ bir yaxınlığadək davam edə bilər.

Bu səbəbdən də düşünürəm ki, Türkiyə Azərbaycantorpaqlarına daha dadiqqətli yanaşmalı və ərazilərin işğaldan azad edilməsiüçün maksimum qüvvə sərf etməlidir”.

Q. Hüseynli Rusiyanın Ermənistana verdiyi böyük dəstəyinmüqabilində Türkiyənin də Azərbaycan üçün eyni həssasiyyəti göstərməli olduğunuvurğulayıb:

“Türkiyə-Azərbaycan əməkdaşlığı hər bir sahədə- siyasi, iqtisadi, hərbi sahələrdə daha da dərinləşməlidir.

Rusiya Ermənistanı pulsuz silahlandırır və müdaifəedir, Rusiya Ermənistanın təbliğatını aparır, Rusiya KİV-i Azərbaycana qarşıkin-küdurət qusur. Belə olan halda Türkiyənin də Azərbaycana Rusiyanın Ermənistanaverdiyi dəstək qədər fəal və hücum xarakterli dəstək verməsini istərdik. AzərbaycanlaTürkiyənin bir qardaş və ən yaxın müttəfiq dövlət kimi bir-birindən hər cür dəstəyiummağa ərkləri çatır”.

Moderator.az

ƏVVƏLKİ XƏBƏR

Baş nazir ikinci koronavirus dalğası ehtimalı barədə xəbərdarlıq edib

SONRAKI XƏBƏR

Hepatoloqlar qaraciyəri bərpa edən qidaları açıqladı